21:22 - 31.07.2026
31 iyul, Fineko/abc.az. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin idarə olunmasında səmərəliliyin artırılması və əlavə gəlirin əldə edilməsi məqsədilə iyul ayı ərzində 4 depozit hərracı keçirib.
Hərraclar vasitəsilə xəzinə hesabının ümumilikdə 174 milyon manat məbləğində qalığı yerli kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib:
9 iyul: 73 milyon manat (4 bank, 28 gün müddətinə, orta çəkili faiz: 7,24%);
16 iyul: 40 milyon manat (4 bank, 28 gün müddətinə, orta çəkili faiz: 6,52%);
23 iyul: 31 milyon manat (2 bank, 28 gün müddətinə, orta çəkili faiz: 6,55%);
30 iyul: 30 milyon manat (3 bank, 84 gün müddətinə, orta çəkili faiz: 6,53%).
Maliyyə Nazirliyi dövlət vəsaitlərinin bazar prinsipləri əsasında hərraclar vasitəsilə kommersiya banklarında depozitə yerləşdirilməsi praktikasını davam etdirir.
30 İyul 2026
29 İyul 2026