Hesablama Palatası ARDNF-ə qızıl üzrə riskləri qiymətləndirməyi tövsiyə edib

15:50 - 31.07.2026


31 iyul, Fineko/abc.az. Hesablama Palatası Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində qızıl aktivlərinin kəskin artması fonunda aktivlərin diversifikasiyasının qorunmasını tövsiyə edib.

Palatanın hesabatına əsasən, 2025-ci ilin sonunda Fondun investisiya portfelinin dəyəri 22,5% (13,51 mlrd. dollar) artaraq 73,54 milyard dollara çatıb. Həmin dövrdə qızıl aktivlərinin dəyəri 12,35 milyard dollardan 28,06 milyard dollara yüksəlib və xüsusi çəkisi 38,2%-ə çatmaqla portfelin ən böyük aktiv sinfinə çevrilib.

Hesablama Palatası qızılın portfeldə əsas paya sahib olmasını nəzərə alaraq, qızıl aktivləri üzrə konsentrasiya risklərinin qiymətləndirilməsini və strateji aktiv bölgüsünün mütəmadi olaraq yenidən nəzərdən keçirilməsini məqsədəuyğun hesab edib.