Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

10:04 - 31.07.2026


31 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata birgə bəyanatında və Çolpon-Ata şəhərində keçirilən Dövlətlərarası Şuranın 3-cü iclasında iki ölkə arasındakı münasibətlərin ən yüksək — müttəfiqlik səviyyəsinə qaldırıldığını bəyan edib.

Dövlət başçısı müttəfiqlik münasibətlərinin böyük məsuliyyət tələb etdiyini və hər iki tərəfin bu məsuliyyətə hazır olduğunu vurğulayıb.

Prezident İlham Əliyev beynəlxalq platformalarda, iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində tərəflərin bundan sonra da bir-birinə qarşılıqlı dəstək verəcəyini diqqətə çatdırıb.