Azərbaycan və Qırğızıstan İnkişaf Fondunun vəsaitlərini artırır

09:58 - 31.07.2026


31 iyul, Fineko/abc.az.  Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclasında çıxış edərək ikitərəfli iqtisadi və humanitar əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

Dövlət başçısı Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul olunduğunu diqqətə çatdırıb. Artıq bir neçə layihənin icra edildiyini vurğulayan Prezident, Fond genişləndikcə birgə layihələrin sayının daha da artacağını və bunun ortaq məqsədlərə xidmət edəcəyini qeyd edib.

 Prezident , müvafiq olaraq, Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin və Qırğızıstanda Azərbaycan Günlərinin keçirilməsini humanitar sahədə sıx əlaqələrin və zəngin mədəni potensialın bariz nümunəsi kimi dəyərləndirib.