AMB bina və avadanlıqlarını sığortalayır — Tender

16:57 - 28.07.2026


28 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) inzibati bina və avadanlıqlarının sığortalanması məqsədilə açıq tender elan edib.

Tenderdə iştirak etmək istəyən iddiaçılar üçün iştirak haqqı 600 manat təşkil edir.

Sığorta xidmətinin satınalınması üzrə tender təkliflərini avqustun 3-dək Mərkəzi Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim etmək olar.