16:02 - 19.05.2026
19 may, Fineko/abc.az. Əsas məsələ kiçikmiqyaslı, milli iqtisadiyyata əsaslanan və dayanıqlı icmaların yaradılması üçün yeni layihələrin təqdim olunmasıdır.
ABC.AZ xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda WUF13 çərçivəsində "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, indiyədək dünyanın 12 müxtəlif ölkəsindən Şəhərsalma mütəxəssisləri və memarlar bu prosesdə iştirak edərək planlaşdırmanın, müasir infrastrukturun, iqtisadi məsuliyyətin və inklüziv inkişafın inteqrasiyasına töhfə veriblər:
"Azərbaycan Mərkəzi və Şərqi Avropa boyunca dayanıqlı əlaqələr və gələcəyə yönəlmiş icmalar yaratmaq istiqamətində çalışır. Biz beynəlxalq dialoqu, əməkdaşlığı və təcrübə mübadiləsini yüksək qiymətləndiririk.
İşğaldan azad edilmiş ərazilərdə hər bir kənd layihəsinə təhsil, səhiyyə və inzibati binalar, eləcə də genişzolaqlı internet də daxil olmaqla tam rabitə şəbəkələri daxildir. Hazırda azad edilmiş ərazilərin kənd yerlərində təxminən 20 000 insan yaşayır. Yenidənqurma prosesinin miqyasını və intensivliyini əks etdirən şəkildə 40-dan çox kənddə tikinti işləri davam edir. Davam edən məskunlaşma və infrastruktur proqramları çərçivəsində yüzlərlə yeni ev inşa olunur. Qarabağ və Zəngəzur ərazilərində 10 şəhər, 3 qəsəbə və 30 kənddə 85 000-dən çox insan hazırda yaşayır, işləyir və təhsil alır", o qeyd edib. ©Trend
3 İyun 2026
3 İyun 2026
5 İyun 2026
3 İyun 2026
3 İyun 2026