11:49 - 19.05.2026
19 may, Fineko/abc.az. Son 5 ildə Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərə 14 milyard dollara yaxın vəsait xərclənib.
ABC.AZ xəbər verir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda WUF13 çərçivəsində “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.
"Özəl investisiyaların da bərpa-quruculuq işlərinə cəlb olunmasına çalışırıq. Qeyd etdiyim rəqəmlərin əhəmiyyətli qismi özəl investisiyalardır", - o bildirib.
©Trend
3 İyun 2026
3 İyun 2026
3 İyun 2026