Qeyri-neft qaz məhsullarının ixracından Azərbaycana 1,1 milyard dolar daxil olub

10:45 - 15.05.2026


15 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.

Məlumata görə, hesabat dövründə şəkərin ixrac dəyəri 4 dəfə, pambıq ipliyin ixrac dəyəri 2,3 dəfə, bitki-heyvan mənşəli piylər və yağların ixrac dəyəri 71%, pambıq lifinin ixrac dəyəri 49,9%, meyvə-tərəvəzin ixrac dəyəri 22,1%, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 32,2%, çayın ixrac dəyəri isə 12,1%, spirtli və spirtsiz içkilərin ixrac dəyəri 9,4% artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 28,3% artaraq 298,3 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 31,6% artaraq 119 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 29,1% artaraq 417,3 milyon ABŞ dolları təşkil edib.