Bu ölkə şəkər ixracını qadağan etdi

11:09 - 14.05.2026


14 may, Fineko/abc.az. Hindistan hökuməti şəkər ixracına qadağa qoyub. Müvafiq Sərəncam respublikanın xarici ticarət Baş Müdirliyinin saytında dərc edilmişdir.

ABC.AZ xəbər verir ki, qadağa həmçinin xam şəkərə, ağ şəkərə və rafinə olunmuş şəkərə də şamil edilir.

“Şəkər ixracı ilə bağlı siyasət <...> ‘məhdud’ kateqoriyasından ‘qadağan olunmuş’ kateqoriyasına dəyişdirilib və dərhal qüvvəyə minir, 30 sentyabr 2026-cı ilədək və ya əlavə göstərişlər verilənədək qüvvədə olacaq”, — deyə bəyanatda bildirilir.

Bu tədbirlər daxili bazarda şəkər təklifinin artırılmasına yönəlib ki, bu da Yaxın Şərqdə mövcud vəziyyət fonunda qiymət artımının qarşısını almağa kömək etməlidir.