11:49 - 14.04.2026
14 aprel, Fineko/abc.az. Fevral ayında qlobal qəhvə ixracı illik müqayisədə 5,7% azalaraq 11,46 milyon kisə təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Qəhvə Təşkilatının məlumatında qeyd olunub.
Ən ciddi azalma Cənubi Amerikada qeydə alınıb. Həmçinin Asiya və Okeaniyadan ixrac da azalıb. Bununla belə, Karib hövzəsi, Meksika və Mərkəzi Amerika ölkələri, eləcə də Afrikadan tədarüklər əksinə artıb.
Yaşıl qəhvə dənələrinin ixracı da azalıb. Azalma xüsusilə robusta, həmçinin Braziliya və Kolumbiya mənşəli sortlara təsir edib, digər yumşaq sortların tədarükü isə artıb.
Geosiyasi qeyri-sabitlik fonunda dünya üzrə qəhvə qiymətləri artmaqda davam edir: mart ayında kompozit indeks 2,3% yüksələrək 273,7 sentə çatıb.