Cari ildə “İstisu” mineral su zavodu 45 mln dollarlıq məhsul ixrac edib

17:15 - 10.04.2026


10 aprel, Fineko/abc.az. Cari ilin yanvar-fevral aylarında “İstisu” mineral su zavodu 45 milyon dollar dəyərində məhsul ixrac edib.

Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,7 milyon dollar və ya 6,2 dəfə çoxdur.

Bu barədə ABC.AZ  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən xəbər verir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında “İstisu” mineral su zavodunun ixrac gəlirləri 7,3 milyon dollar olub.