15:06 - 3.08.2018
3 avqust, Fineko/abc.az. Azərbaycan gömrükçüləri mobil telefonların ölkəyə qanunsuz idxalının qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir ki, qanunsuz idxal cəhdinin qarşısı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən alınıb.
“Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən üzərində 4 ədəd “İphone X” markalı mobil telefonun olması barədə sadələşdirilmiş bəyannamə tərtib edib, lakin vətəndaşın əşyaları rentgen aparatıyla yoxlanılarkən 10 ədəd, paketin içərisində isə 2 ədəd “İphone X 256GB” markalı mobil telefonlar aşkar edilmişdir”, - məlumatda belə deyilir.