15:52 - 7.05.2018
7 may, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi (DGK) ölkəyə qanunsuz şəkildə gətirilən siqaret və araq partiyasını aşkar edib.
DGK-in məlumatında deyilir ki, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Renault Tondar 90" markalı minik avtomobili Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində saxlanılıb.
“Küllli miqdarda aksiz markasız "Marlboro", "King" siqaretləri və " Nemiroff" araqları aşkar edilib”, - məlumatda belə deyilir.
27 İyul 2026
27 İyul 2026