16:53 - 17.01.2019
17 yanvar, Fineko/abc.az. 2018-ci ildə Azərbaycanın ticarət dövriyyəsi 30,924 milyard dollar təşkil edib
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci il ilə müqayisədə, ticarət dövriyyəsi 37% artıb.
“İxrac 2018-ci ildə 19,459 milyard dollar, idxal isə 11,465 milyard dollar təşkil edib. İxrac ildə 41%, idxal isə 31% artıb. Nəticədə xarici ticarət dövriyyəsinin 7,994 milyard dollar həcmində müsbət saldosu olub ki, bu da əvvəlki ilə nisbətən 59% çoxdur”, - Dövlət Statistika Komitəsindən bu məlumat verilib.
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026