09:12 - 3.08.2026
3 avqust, Fineko/abc.az. Avqustun 1-dən etibarən Azərbaycanda kartdan karta (C2C) pul köçürmələri və elektron pul kisələri ilə bağlı yeni limitlər tətbiq olunmağa başlayıb.
Yeni qaydalara əsasən, gün ərzində maksimum 5 köçürmə və ya artırma əməliyyatı aparıla bilər. Ay ərzində isə köçürmələrin ümumi məbləği 20 000 manatdan çox olmamalıdır. Bu məhdudiyyətlər eyni bank daxilində şəxsin öz kartları arasında həyata keçirdiyi köçürmələrə şamil edilmir.
Bununla yanaşı, bir şəxsə manat valyutasında maksimum iki elektron pul kisəsi, hər xarici valyutada isə yalnız bir elektron pul kisəsi saxlamasına icazə verilir. Məhdudiyyətlərin tətbiqində ana məqsəd dələduzluq hallarının, verjidən yayınmanın və qanunsuz qumar oyunlarının qarşısını almaqdır.