15:09 - 27.07.2026
27 iyul, Fineko/abc.az. Fransanın TotalEnergies şirkəti Paris məhkəməsinin şirkəti strategiyasında iqlim məqsədlərini nəzərə almağa məcbur edən qərarından apellyasiya şikayəti verib. Məhkəmə enerji nəhəngini atmosferin çirklənməsinə görə, o cümlədən istehlakçıların yanacaqdan istifadəsi nəticəsində yaranan emissiyalara görə məsul hesab edib.
Şirkət qərarla razılaşmır və bildirir ki, iqlim dəyişikliyi qlobal problemdir, məhsulların istifadəsinə görə məsuliyyət isə yalnız istehsalçıların üzərinə qoyula bilməz. TotalEnergies hesab edir ki, bu qərar azad sahibkarlıq prinsiplərinə və hüquqi müəyyənlik tələblərinə ziddir.