11:57 - 10.07.2026
10 iyul, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatı 2026-cı ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% artıb. Bununla da, ilk beş ay üzrə qeydə alınan 0,0%-lik dəyişməz dinamika geridə qalıb.
Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlarda qeyd edilib.
Məlumata görə, hesabat dövründə neft-qaz sektoru 0,7% kiçilib, qeyri-neft-qaz sektoru isə 1,5% artıb. Beləliklə, qeyri-neft sektorunda artım tempi ilk beş ayda qeydə alınan 0,4%-dən 1,5%-ə yüksələrək iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olub.