10:15 - 8.06.2026
8 iyun, Fineko/abc.az. Bakı-Tbilisi qatarı Tbilisiyə qədər hərəkət edir. Axalkalaki və Qarsa sərnişin marşrutu mövcud deyil.
ABC.AZ xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
O, qeyd edib ki, bununla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. ADY rəsmisi hər hansı ekspertin, turizmçinin açıqlamasına əsaslanaraq qeyri-dəqiq məlumatlar yaymamağı tövsiyə edib.
©Report