Azərbaycanda iqtisadi artım 2026-cı ildə 2,2% olacaq - Proqnoz

17:01 - 15.05.2026


15 may, Fineko/abc.az. Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda iqtisadi artımın 2026-cı ildə 2,2%, 2027-ci ildə isə 3% təşkil edəcəyini proqnozlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə ING məlumat yayıb. Ötən proqnozlarla müqayisədə cari il üçün ÜDM-in artım templəri 0,3 faiz bəndi azaldılıb, 2027-ci il üçün isə eyni səviyyədə saxlanılıb.

Bankın qiymətləndirmələrinə görə, 2026-cı ilin I rübü üçün Azərbaycanın iqtisadi artım proqnozu -0,3%, II rüb üçün 2,5%, III rüb üçün 4%, IV rüb üçün 2,5% təşkil edir.

Bundan əlavə, 2027-ci ilin I rübündə 3%, II rübündə 3,5%, III rübündə 2% və IV rübündə 3,5% səviyyəsində iqtisadi artım proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB0 2026- cı ilin may proqnozlarına əsasən, cari ildə real ifadədə ölkənin iqtisadi artım tempinin ümumi ÜDM üzrə 1.1%, qeyri-neft-qaz ÜDM üzrə isə 3.2% olacağı gözlənilir.

Eyni zamanda AMB 2027-ci ildə iqtisadi artım tempinin ümumi və qeyri-neft-qaz sektorları üzrə real ifadədə müvafiq olaraq 3.2% və 4.7% olacağını proqnozlaşdırıb.