11:01 - 14.05.2026
14 may, Fineko/abc.az. Son illər Azərbaycanın bir sıra universitetlərinin beynəlxalq reytinqlərdə mövqeyi yaxşılaşıb və bəzi ali təhsil müəssisələri dünya universitetlərinin siyahısına daxil olub.
ABC.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AZCON Mühəndislik və Texnologiya Məktəbinə (AZSET) həsr olunan mətbuat konfransında bildirib.
O qeyd edib ki, bununla yanaşı, ölkənin iri sənaye müəssisələri də innovasiya və kadr potensialının inkişafı istiqamətində fəal işləyir:
"Universitetlər, sənaye sektoru və beynəlxalq tərəfdaşlar arasında formalaşan bu əməkdaşlıq modeli bir-birini tamamlayan və ümumi məqsədə xidmət edən yanaşmadır".
E.Əmrullayev xüsusilə süni intellekt və kibertəhlükəsizlik sahələrini qeyd edərək bildirib ki, yaradılan imkanlar müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənclər üçün açıq olacaq:
"Xüsusilə süni intellekt və kibertəhlükəsizlik sahəsində öz gələcəyini həm akademik, həm də karyera baxımından qurmaq istəyən gənclər üçün bu, unikal imkandır".
5 İyun 2026
5 İyun 2026
3 İyun 2026
3 İyun 2026
3 İyun 2026
5 İyun 2026
3 İyun 2026