17:10 - 13.05.2026
13 may, Fineko/abc.az. “Cove Kaz Capital” ötən ay Donald Tramp Jr. və Eric Tramp tərəfindən dəstəklənən SPAC şirkəti ilə birləşmə barədə razılığa gəldikdən sonra mart ayında Pentaqonun Strateji Kapital Ofisinə 400 mln dollar maliyyələşdirmə üçün müraciət edib.
ABC.AZ xəbər verir ki, bu barədə Financial Times iki mənbəyə istinadən məlumat yayıb.
ABŞ Eksim Bankı və DFC 2025-ci ilin noyabrında artıq Qazaxıstandakı Şimal Katpar və Yuxarı Kayraktı volfram layihələrinin inkişafına 1,6 mlrd dollara qədər dəstək göstərilməsi ilə bağlı niyyət məktubları təqdim edib. Cove Kaz bu layihələrin 70%-nə nəzarət edir. Mənbələrin məlumatına görə, əlavə 400 mln dollar yataqların işlənməsini sürətləndirəcək.
Donald Tramp administrasiyası Çindən asılılığı azaltmaq üçün kritik minerallar üzrə yeni tədarük zəncirləri formalaşdırmağa çalışır. Volfram ABŞ-ın müdafiə, sənaye və enerji sektorlarında geniş istifadə olunur. Fastmarkets-in məlumatına görə, ötən ilin əvvəlindən onun qiyməti tonuna görə 350 dollardan 3100 dollara yüksəlib.