15:31 - 13.05.2026
13 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 204 260 şəxs qəbul edilib və onlara 339 770 sayda xidmət göstərilib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, ümumi elektron xidmətlərin 55,9 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.