SOCAR Polymer 3 ayda 57 milyon dollarlıq məhsul ixrac edib

14:49 - 30.04.2026


30 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 57 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın aprel sayında bildirilir.

Bu, 2025-ci ilin 3 ayı ilə müqayisədə 2 milyon ABŞ dolları və yaxud 3,4 % azdır.

Ötən 3 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 11,7 % artaraq 862 milyon ABŞ dolları təşkil edib.