İmtahan verəcək müəllimlər həm də 60 manat pul ödəyəcək

15:56 - 24.04.2026


24 aprel, Fineko/abc.az. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği təsdiqlənib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 manat təsdiq olunub.