14:02 - 16.04.2026
16 aprel, Fineko/abc.az. 2026-cı ilin yanvar-mart ayında Azərbaycan 371 801.62 ton buğda idxal edib.
ABC.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 82 milyon 766 min ABŞ dolları təşkil edib.
2025-ci ilin ilk üç ayında isə Azərbaycana 62 milyon 245 min dollar dəyərində 287 995.37 ton buğda idxal edilmişdi.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 29%, dəyər baxımından isə 33% artıb.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 2 %-ni təşkil edib.
Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.
Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.
Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026