Brilyantlar ucuzlaşır: bazar seqmentlər üzrə parçalanıb

11:12 - 14.04.2026


14 aprel, Fineko/abc.az. Mart ayında brilyant qiymətləri azalıb: RAPI indeksi 1 karat üçün 1,7%, 0,3 və 0,5 karat üçün müvafiq olaraq 1,1% və 3,5%, 3 karat üçün isə 0,5% düşüb. Bununla belə, 2 karatdan yuxarı iri daşlara təklifin məhdud olması səbəbindən tələb qorunub saxlanır.

ABC.AZ xəbər verir ki, bazar parçalanmış vəziyyətdə qalır: xırda brilyantlar daha çox ucuzlaşır, iri daşlar isə daha dayanıqlıdır. Yaxın Şərqdəki risklər vəziyyəti çətinləşdirib — 28 fevralda başlayan münaqişədən sonra İsrail və Dubayda ticarət demək olar ki, dayanıb, almaz satış tenderləri isə təxirə salınıb.

2025-ci ilin yekunlarına görə ən böyük qiymət enişi xırda daşlarda qeydə alınıb: 0,3 karat üçün −20,3%, 0,5 karat üçün −26%. Müqayisə üçün, 1 karatlıq brilyantlar 9,9% ucuzlaşıb, 3 karatlıq daşlar isə demək olar ki, dəyişməyib (−0,3%).