Cəbrayılın kəndində klub-icma mərkəzinin tikintisi üzrə tender keçirilir

11:32 - 13.04.2026


13 aprel, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində klub-icma mərkəzinin tikintisi üzrə tender elan edir.

Tenderdə iştirak haqqı 1000 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini mayın 6-na qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Tbilisi prospekti, 57D ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 6-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.