17:27 - 7.04.2026
7 aprel, Fineko/abc.az. Azərbaycanda yer təki istifadəçiləri ilə bağlı işçi qrup yaradılacaq
ABC.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair QAYDALAR"da öz əksini tapıb.
Qaydalarda nəzərdə tutulan yer təki istifadəçilərinin fəaliyyətinin yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən və digər aidiyyəti normativ hüquqi aktların tələblərinə tam uyğunlaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (işğaldan azad olunmuş ərazilər üzrə), "Azərişıq" ASC--nin və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının azı bir nümayəndəsi təmsil olunmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən işçi qrup yaradılacaq.
İşçi qrupun fəaliyyətinə Nazirliyin müəyyən etdiyi sədr rəhbərlik edir və onun işini təşkil edir.
İşçi qrup, bu Qaydalarla müəyyən edilmiş hüquq və vəzifələri nəzərə alınmaqla, işçi qrupun iclasında təsdiq edilmiş iş planı əsasında fəaliyyət göstərir.