Azərbaycan və Almaniya aqrar sahədə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

17:01 - 9.10.2025


9 oktyabr, Fineko/abc.az. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Almaniya Federativ Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman ilə görüşüb.

ABC.AZ xəbər verir ki, Məcnun Məmmədov ölkədə qeyri-neft sektorunun inkişafında aqrar sahənin rolunu, həyata keçirilən islahatları, fermerlərə göstərilən dəstəyi və investisiya imkanlarını iştirakçılara təqdim edib. 

Azərbaycan və Almaniya tərəfləri aqrar əməkdaşlıq, hüquq-müqavilə bazasının gücləndirilməsi, Anlaşma Memorandumunun imzalanması, məhsuldarlığın artırılması, torpaq və su resurslarından səmərəli istifadə, rəqəmsallaşdırma, texnologiya transferi, heyvandarlıq və təhsil sahəsində təcrübə proqramlarını müzakirə ediblər. Hər iki ölkə arasında aqrar sahədə qarşılıqlı əlaqələrin geniş potensialı vurğulanıb.