16:05 - 27.08.2018
27 avqust, Fineko/abc.az. Azərbaycan İqtisadiyyat Nazirliyi növbəti ixrac missiyasını təşkil edir.
Nazirliyin məlumatında deyilir ki, missiya Urumçi şəhərinə (Çin) 29 avqust - 3 sentyabr tarixlərində təşkil olunacaq.
“İxrac missiyasına qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə istehsalı sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti daxildir”, - məlumatda belə deyilir.
Məlumatda qeyd edilir ki, səfər çərçivəsində Azərbaycan və Çin şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək, ixrac məsələləri müzakirə ediləcək, həmçinin AZPROMO-nun təşkilatçılığı ilə “Çin-Avrasiya” Sərgisində iştirak təşkil olunacaqdır.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026