“Zamin Bank” -ın Gəncədəki əmlakı hərraca çıxarılır

10:06 - 26.10.2023


26 oktyabr, Fineko/abc.az. Noyabrın 2-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Zamin Bank” ASC-nin daşınmaz əmlakı satışı üzrə hərrac keçiriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Məlumata görə, söhbət  “Zamin Bank”a məxsus, 290 min manat dəyərində Gəncə şəhəri, Nizami rayonu, Rüzigar Qasımov küçəsi, 13A ünvanında yerləşən 2 706,8 kv.metrlik əmlak kompleksindən gedir.