10:16 - 5.10.2023
5 oktyabr, Fineko/abc.az. Yer təkindən istifadə ilə bağlı 22 noyabr 2023-cü il tarixində saat 11:00-da hərrac keçiriləcək.
ABC.AZ xəbər verir ki, hərraca Yevlax rayonunda “Qaraoğlan” qum yatağı satışa çıxarılacaq.
Hərracın keçiriləcəyi ünvan Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029-dur. Hərrac auksion formasında keçiriləcəkdir.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər. (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 A) tel: (012) 505 97 82;83;84 (dax:108)