11:29 - 23.07.2020
23 iyul, Fineko/abc.az. Yanvar-iyun aylarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 22 milyard manat təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəmlər 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,4% azdır.
Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri ötən ilin birinci yarısı ilə müqayisədə 6,1% azalaraq 21,2 milyard manata bərabər olub, onun 48,3% fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 367,5 manat və ya 2019-cu ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 16,3 manat az vəsait xərcləyib.
Müəllif: Elmir Murad
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026