15:49 - 22.07.2020
22 iyul, Fineko/abc.az. Bu il Azərbaycanda ixrac əməliyyatlarının ən az və ən çox aparıldığı aylar açıqlanıb.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a bildirilib ki, ən az ixrac əməliyyatları may ayında aparılıb.
Ən yüksək göstəricisi yanvarda qeydə alınıb.
Belə ki, yanvarda ixrac əməliyyatları 2 milyard 130,2 milyon ABŞ dolları, mayda isə 665,4 milyon dollar təşkil edib.
Qeyd edək ki, cari ilin 6 ayında ölkədə ixracın dəyəri 7 milyard 686,2 milyon dollar olub. Müəllif: Elmir Murad
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026