İctimai iaşə dövriyyəsi kəskin azalıb – 6 ayın hesabatı

12:19 - 22.07.2020


22 iyul, Fineko/abc.az. İyunda ictimai iaşə dövriyyəsi ötən ilin eyni ayı ilə müqayisədə 4,3 dəfə azalıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, nəticədə ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 45,6 faiz azalaraq 377,1 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 45,3 faizi hüquqi şəxslərin, 54,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 39,4 faiz azalaraq 169,4 milyon manat olub.