Azərbaycan MDB ölkələrinə 130 milyon dollardan çox məhsul satıb – Bir ayda

17:12 - 21.07.2020


21 iyul, Fineko/abc.az. İyunda Azərbaycanın MDB ölkələri ilə ixrac-idxal əməliyyatının məbləği açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycandan MDB ölkələrinə 130,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

İxracla müqayisədə ötən ay Azərbaycanın MDB ölkələrindən idxalının dəyəri daha çox olub.

Belə ki, bəhs olunan dövrdə Azərbaycan keçmiş Sovet ölkələrindən 194,7 milyon dollar dəyərində məhsul alıb.

Müəllif: Elmir Murad