10:46 - 21.07.2020
21 iyul, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 5 ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə təzə meyvə idxalı 15,9 faiz, bitki yağları 23,8 faiz, kərə yağı, digər süd yağları və pastaları 32,5 faiz, çay 5,2 faiz, mal əti 35,2 faiz, quş əti və onun əlavə məhsulları 4,5 faiz, təzə tərəvəz 25,2 faiz, minik avtomobilləri 30 faiz, dərman vasitələri 1,7 dəfə, polad prokatı 29,4 faiz, qara metallardan çubuqlar 48,3 faiz, mineral gübrələr 2,1 faiz, hesablama maşınları, blok və qurğuları 26,5 faiz, qara metallardan künclüklər 2,3 faiz, avtobuslar 1,4 faiz, məişət soyuducuları 39,1 faiz, sement və sement klinkerləri 1,5 faiz artıb.
Buğda idxalı isə 38 faiz, xam şəkər və şəkər 6,5 faiz, kartof 0,6 faiz, siqaretlər 79,2 faiz, qara metallardan borular 7,7 faiz, rezin şinlər 17,5 faiz, mebellər 21,2 faiz, yük avtomobilləri 12,6 faiz, polietilen 14,3 faiz, məişət kondisionerləri 35,1 faiz paltaryuyan maşınlar 7,3 faiz azalıb.
Müəllif: Elmir Murad
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026