Azərbaycan 93 milyon dollardan çox plastmas məmulatları satıb – 6 ayda

12:21 - 20.07.2020


20 iyul, Fineko/abc.az. Azərbaycandan 6 ayda (yanvar-iyun) 129,5 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən məmulatların dəyəri 93,2 milyon ABŞ dolları təşkil edib.

Müqayisə üçün qeyd edək ki, keçən ilin eyni dövründə 103,3 milyon dollar dəyərində 128,5 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac olunub.

Müəllif: Elmir Murad