11:57 - 20.07.2020
20 iyul, Fineko/abc.az. Bu ilin 6 ayında (yanvar-iyun) 11,3 min tonadək bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bəhs olunan dövrdə ixrac edilən piy və yağların dəyəri isə 11,4 milyon ABŞ dolları olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-iyun aylarında 8,1 milyon dollarlıq 7,6 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilmişdi.
Müəllif: Elmir Murad
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026