Azərbaycanda idxal əməliyyatlarının ən çox və ən az aparıldığı aylar – Siyahı

11:40 - 20.07.2020


20 iyul, Fineko/abc.az. Azərbaycanda ən çox idxal əməliyyatlarının aparıldığı tarix açıqlanıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a bildirilib ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi fevralda qeydə alınıb.

Belə ki, fevralda idxal əməliyyatlarının dəyəri 1 milyard 66,6 milyon ABŞ dolları təşkil edib.

İdxal əməliyyatlarında ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Sözügedən ayda əməliyyat 721 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin 6 ayında ölkədə idxalın dəyəri 4 milyard 989,5 milyon dollar olub.

Müəllif: Elmir Murad