Dövlət təşkilatları xaricdən bu qədər idxal edib – Hesabat

14:14 - 17.07.2020


17 iyul, Fineko/abc.az. 2020-ci ilin ilk yarısında (yanvar-iyun) Azərbaycanın dövlət təşkilatlarının xaricdən idxalının həcmi məlum olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə iistinadən xəbər verir ki, sözügedən dövrdə dövlət təşkilatları tərəfindən ölkəyə 827,5 milyon dollarlıq idxal olub.

Bu isə o deməkdir ki, dövlət təşkilatkarı xaricdən idxalı 3,4 dəfə azaldıblar. Belə ki, 2019-cu ilin ilk yarısında bu məbləğ 2 milyard 813 milyon dollar olub.

Müəllif: Elmir Murad