Süd idxalı artıb – 3 milyon dollardan çox

12:31 - 17.07.2020


17 iyul, Fineko/abc.az. 2020-ci ilin birinci yarım ilində (6 ayında) Azərbaycana idxal etdiyi südün həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügüdən dövrdə Azərbaycana 9 milyon 502 min dollar dəyərində və ya 5 min 487 ton süd idxal edib.

Müqayisə üçün qeyd edək ki, süd idxalı ötən ilin eyni dövrünə nisbətən 3 milyon 458 min dollar (57,2%) və ya 1 min 504 ton (37,8%) çoxdur.

Müəllif: Elmir Murad