16:25 - 16.07.2020
16 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında diri çəkidə ət istehsalı 260,4 min ton olub.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artım deməkdir.
Bununla yanaşı sözügedən dövrdə süd istehsalı 1,9 faiz artaraq 1 milyon 56,7 min ton, yumurta istehsalı 7 faiz artaraq 991,5 milyon ədəd və yun istehsalı 0,1 faiz artaraq 14,6 min ton olub.
Müəllif: Elmir Murad
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026