Daha 2 market cərimələndi – Reydlər davam edir

10:51 - 16.07.2020


16 iyul, Fineko/abc.az. Yasamal rayonu ərazisində Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri və rayonda yaradılan Operativ Qərargahın üzvlərinin iştirakı ilə fəaliyyətinə icazə verilən bir sıra obyektlərə baxış keçirilib.

ABC.AZ xəbər verir ki, reydlər zamanı bəzi obyektlərdə çatışmamazlıqlar aşkar edilib. Belə ki, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsindəki “OBA” marketdə və “Qrandmart” supermarketində nöqsanlar müəyyən edilərək onların dərhal aradan qaldırılması üçün obyekt sahiblərinə ciddi tapşırıqlar verilib.

Reydin nəticəsi olaraq “OBA” marktin məsul işçisi Qənbərov Ağakərim və “Qrandmart” supermarketinin işçisi Paşayev Elgiz İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən 100 manat cərimə edilib, obyektlərin rəhbərləri isə ciddi xəbərdarlıq edilib.