11:46 - 3.07.2020
3 iyul, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində iyulun 2-də apardığı monitorinqlər zamanı 532 ticarət və ictimai iaşə obyektinin 388-də sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, nəzarət tədbirləri zamanı satıcıların, istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb və karantin qaydalarının pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026