17:09 - 2.07.2020
2 iyul, Fineko/abc.az. Azərbaycana idxal olunan baxillər, steril və qeyri-steril əlcəklər və tibbi maskalar və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti artırılıb.
ABC.AZ-ın məlumatına görə, dəyişikliyə əsasən, bu müddət sentyabrın 1-dək uzadılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 5 mart tarixli 84 nömrəli qərarına əsasən, baxillər, steril və qeyri-steril əlcəklər və tibbi maskalar və respiratorlarınn idxalı cari ilin iyul ayının 1-dək idxal gömrük rüsumundan azad olunmuşdu.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026