12:39 - 30.06.2020
30 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə 721 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9% azalıb.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2020-ci ilin iyun sayında qeyd edilib.
İcmalda göstərilir ki, bu ilin yanvar-may ayları ərzində Rusiyaya 271 milyon, Türkiyəyə 144,3 milyon, Gürcüstana 70,5 milyon, İsveçrəyə 71,5 milyon və Çinə 23,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 5 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 3,6%, İsveçrəyə 26% və Çinə 40,3% artıb.
Müəllif: Elmir Murad
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026