12:34 - 24.06.2020
24 iyun, Fineko/abc.az. 2020-ci ilin yanvar-may ayları ərzində Gürcüstanın Azərbaycana şərab ixracı illik müqayisədə 14,1 ton və ya 52,4% artaraq 41 tona çatıb.
ABC.AZ apa-ya istinadən xəbər verir ki, bunu Gürcüstan Milli Statistika İdarəsindən bildiriblər.
Hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri isə illik müqayisədə 65,8% və ya 65,6 min ABŞ dolları artaraq 165,2 min dollara çatıb.
Qeyd edək ki, ötən ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycana 99,6 min dollar dəyərində 26,9 ton şərab ixrac edib.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026