İdxal olunan məhsullar ən çox bu vasitələrlə daşınıb - Siyahı

16:03 - 23.06.2020


23 iyun, Fineko/abc.az. 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan məhsulların 19,3 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, idxalın 66,6 faizini avtomobil, 9,4 faizini hava, 4,6 faizini dəniz nəqliyyatı, 0,1 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilən yüklər təşkil edib.