15:13 - 22.06.2020
22 iyun, Fineko/abc.az. 2020-ci ilin yanvar-may aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin adları məlum olub.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a bildirilib bəhs olunan dövrdə Azərbaycan ən çox məhsul İtaliyaya ixrac edib.
5 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliyadan sonra Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixracın dəyəri 2 milyard 428,7 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 249,6 milyon dollar, İsrailə isə 311,1 milyon dollar olub.
Müəllif: Elmir Murad
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026